Məşhur serial ulduzunun oxşarı axtarışa verildi

meshur-serial-ulduzunun-oxsari-axtarisa-verildi
Oxunma sayı: 1509

ABŞ-da 50 yaşlı Todd Barrik adlı şəxs axtarışa verilib. “Qafqazinfo”nun məlumatına görə, onun fotosu və haqqında məlumat polis tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.

O, narkotik vasitələrin saxlanılmasına görə axtarılır. Polis cinayətkarı yaxalamaq məqsədi ilə sosial şəbəkə istifadəçilərindən kömək istəyib.

Qeyd edək ki, T. Barrik ABŞ istehsalı olan məşhur “Breaking Bad” serialının qəhrəmanı Uolter Uaytın oxşarıdır. Həmin obrazı aktyor Brayan Krenston canlandırır.

Uolter Uayt - serial qəhrəmanı