Məşhurlarımız “Qız qaçırtma”da... - Fotolar

meshurlarimiz-qiz-qacirtmada
Oxunma sayı: 4990

Ötən gün Azərbaycan istehsalı olan “Qız qaçırtma 2” filminin premyerası keçirilib.  “Qafqazinfo” xəbər verir ki, təqdimat Xəzər Media Mərkəzində baş tutub. 

Rejissoru Rüfət Şahbazov, ssenaristi Fariz Əliyevin olduğu kino komediya janrındadır və 2D formatında çəkilib. Qala gecəsində baş qəhrəmanlar- Sevil və Sevinc  Səfərova, Fərda Amin, Elşən Hacıbabayev, Əlibəy Məmmədli ilə yanaşı incəsənət-kino sahəsinin tanınmış şəxsləri də iştirak edib. 

Qeyd edək ki, 90 dəqiqəlik film ötən gündən etibarən kinoteatrlarda nümayiş etdirilir.