Məşqçiyə 10 oyunluq cəza

mesqciye-10-oyunluq-ceza
Oxunma sayı: 641

“Qafqazinfo” affa.az saytına istinadən xəbər verir ki, “Bakı” “Simurq”oyunundan sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze azarkeşi təhqir etdiynə və ona zərbə endirdiyinə görə AFFA İntizam Komtəsi tərəfindən 10 oyunluq cəza alıb , klub isə 6000 manat məbləğində cəzalanıb. “Xəzər Lənkəran” və Bakı” arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində Lənkəran azarkeşləri meydançaya kənar əşyalar atdıqları üçün klub 2000 manat cərimə olunub. Budan başqa “Xəzər”in 4 futbolçusu sarı vərəqə aldığına görə əlavə olaraq 1000 manat cərimə olunub. “Neftçi” “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 manat cərimə ödəməlidir.