Messi oynamadı, Argentina məğlub oldu - Video

messi-oynamadi-argentina-meglub-oldu
Oxunma sayı: 1615

Argentina millisi Rusiyada daha bir yoxlama görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, cənubi amerikalılar Krasnodar şəhərində Nigeriya ilə qarşılaşıb.

Argentina millisi matçın ilk hissəsində üstün oyun nümayiş etdirib və fasiləyə 2-1 öndə yollanıb.

İkinci hissədə Nigeriya futbolçuları oyunda dönüş etməyi bacarıblar. 21 dəqiqəyə 3 qol vuran Afrika təmsilçisi matçdan 2-4 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Lionel Messi matçda forma geyinməyib.