Metroda qranat partladılıb - Venesuelada

metroda-qranat-partladilib
Oxunma sayı: 744

Venesuelanın paytaxtı Karakasda metroda qranat partlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika naziri Luis Motta bildirib.

Məlumata əsasən, insident Kaluçinos stansiyasında qeydə alınıb. Qatarda göz yaşardıcı qranat partladılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nazirin sözlərinə görə, bununla insanlar arasında çaşqınlıq yaratmaq istəyirlər.

Qeyd edək ki, fevralda Karakas metrosatnsiyalarında 3 dəfə qranat partladılıb.