Meydana inək girdi - Oyun dayandı + Video

meydana-inek-girdi
Oxunma sayı: 683

Bolqarıstada keçirilən yoxlama oyununda maraqlı hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli “Botev” klubu ilə Kiprin AEL komandası arasında keçirilən yoxlama oyunu zamanı meydana inək daxil olub. Bu səbəbdən matçda bir neçə dəqiqəlik fasilə yaranıb.

Qeyd edək ki, oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.