Mikroavtobus ağaca çırpılıb yandı - Xəsarət alan var

mikroavtobus-agaca-cirpilib-yandi
Oxunma sayı: 1035

Qax rayonunun Şotavar kəndində “Mercedes” markalı mikroavtobus yol kənarındakı ağaca çırpılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində mikroavtobusun yanar hissələri və yaxınlıqda 1 ədəd ağac yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.