Millət vəkilləri Kanadada görüşlər keçiriblər

millet-vekilleri-kanadada-gorusler-keciribler
Oxunma sayı: 653

Kanada səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanlı millət vəkilləri Xarici İşlər nazirinin parlament katibi, Mühafizəkarlar Partiyasından olan millət vəkili Dipak Obray (Deepak Obhrai), Kanada parlamentinin üzvü, Kanadanın Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi Con Makey (John McKay) və millət vəkili Dəril Krəmp (Daryl Kramp) ilə görüşüblər.
Azərbaycanlı millət vəkilləri, həmçinin, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü Barri Devolin (Barry Devolin) və Dostluq Qrupunun digər üzvlərinin iştirakı ilə işçi nahar keçiriblər.

Görüş və nahar zamanı Azərbaycan-Kanada parlamentlərarası münasibətlər və inkişaf perspektivləri müzakirə edilib.