Millət vəkilləri Türkiyədə Xocalı faciəsindən danışıblar - Fotolar

Millət vəkilləri Türkiyədə Xocalı faciəsindən danışıblar
Oxunma sayı: 933

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə səfərdə olan Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə qardaş ölkədə təşkil olunan silsilə tədbirlərdə iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, deputatlar İstanbul Aydın Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilən anma mərasimində çıxış edərək,  Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı faciəsi barədə məlumat veriblər. Xocalı soyqırımı zamanı günahsız insanlar xüsusi qəddarlıqla qətlə yetirildiklərini bildirən millət vəkilləri  Azərbaycanın bir milyondan çox öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan qaçqın və məcburi köçkünləri olduğunu bildiriblər.

Tədbirlər zamanı Xocalıda dinc əhalinin etnik mənsubiyyətinə görə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsini əks etdirən fotoşəkillər, kitablar və digər sənədlərdən ibarət sərgilər təşkil olunub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi