Milli Kitab Mükafatının qalibi mükafatlanacaq

Milli Kitab Mükafatının qalibi mükafatlanacaq
Oxunma sayı: 200

“Qafqazinfo”nun məlumatına görə, münsiflər 10 ballıq sistemi ilə təqdim olunmuş ən yaxşı 10 əsəri qiymətləndiriblər. 1-ci yerin qalibi üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən Amerika yazıçının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat məbləğində mükafat veriləcək. www.mkm.az saytındakı internet səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq. Qaliblərin əsərləri çap olunacaq və ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, mükafatın münsiflər şurasında yazıçı Çingiz Abdullayev, yazıçı Afaq Məsud, kinorejissor Rüstəm İbrahimbəyov, Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, millət vəkili, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildir.
MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

Tədbir iyunun 4-də saat 12-də Park İnn otelinin Dan Ulduzu zalında keçiriləcək. Tədbirə bütün jurnalistlər, yazıçılar və kitabsevərlər dəvətlidir.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi