Millimiz FİFA reytinqində gerilədi

millimiz-fifa-reytinqinde-geriledi
Oxunma sayı: 695

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda bir pillə geriləyib. Komandamız 281 xalla hazırda 118-ci pillədə qərarlaşıb.

İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1602; 2 (2). Braziliya – 1483; 3 (3). Portuqaliya – 1358; 4 (4). Argentina – 1348; 5 (5). Belçika – 1325; 6 (6). İspaniya – 1231; 7 (7). Polşa – 1209; 8 (8). İsveçrə - 1190; 9 (9). Fransa – 1183; 10 (10). Çili – 1147.

Qonşu Türkiyə yığması 41-ci pillədə qərarlaşıb. Bir pillə irəliləmiş “ay-ulduzlular”ın hesabında 735 xal var.

Bu ayın ən yaxşı göstəricisi 15 pillə irəliləyərək 174-cü sıraya yüksələn Küveytə məxsusdu. Ən pis göstəriciyə isə Surinam imza atıb - 32 pillə geriləyən bu ölkə 160-cı sıraya düşüb.

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini fevralın 15-də açıqlayacaq.