Millimiz kimlərlə qarşılaşacaq?

millimiz-kimlerle-qarsilasacaq
Oxunma sayı: 668

Qrupların tərkibini Braziliya futbolunun əfsanəsi Ronaldo və “Flamenqo”nun 16 yaşlı yarımmüdafiəçisi Adrian müəyyənləşdirəcək. Belə ki, səbətlərdən yığma komandaları məhz bu iki şəxs çıxaracaq. 9 qrupun yer alacağı seçmə mərhələdə yığmamız ya 6 komandalı 8 qrupdan birinə, ya da 5 komandanın mübarizə apardığı qrupa düşəcək.

Tədbiri 200-dən çox telekanal işıqlandıracaq. Mərasim Türkiyənin TRT3 telekanalı vasitəsilə də canlı yayımlanacaq.

I səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan

II səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya

III səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan

IV səbət: Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa

V səbət: Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, AZƏRBAYCAN, Farer adaları

VI səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San-Marino

Qeyd edək ki, püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və millimizin almaniyalı baş məşqçisi Berti Foqts təmsil edəcək.