Millimiz qrupda sonuncu oldu

millimiz-qrupda-sonuncu-oldu
Oxunma sayı: 1897

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda sonuncu oyununa çıxacaq.
 
“Qafqazinfo” xəbər verir ki, 1-ci qrupda yer alan yığmamız son turda Rumıniya ilə üz-üzə gələcək. 
 
Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bu oyunla eyni vaxtda qrupun digər matçında Rusiya İrlandiya ilə qarşılaşacaq.
 
2 turdan sonra 6 xala malik İrlandiya qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyır.
 
AÇ-2019, elit-raund

1-ci qrup

26 mart
 
18:00. Rumıniya - Azərbaycan

Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).

Krasnodar, "Kuban" stadionu (Rusiya)

***

“Kuban” stadionunda keçirilən matçda millimiz 0:4 hesabı ilə uduzub. Komandamız qrupu 1 xalla sonuncu pillədə başa vurub. İrlandiya isə 9 xalla final mərhələsinə vəsiqə  qazanıb.

Azərbaycan U-19 - Rumıniya U-19 - 0:4

Qollar: Mihayla, 7, 20, Rus, 29, Tirlea, 90+3