Millimizdə ciddi itki - Kamran Ağayev zədələndi

millimizde-ciddi-itki
Oxunma sayı: 2121

Millətlər Liqasının 5-ci turunda Farer adalarını qəbul edən yığmamızın heyətində ciddi itki baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hazırda davam edən oyunun ilk hissəsinin sonunda komandamızın qapıçısı Kamran Ağayev ayağından zədələnib. 

Kapitan fasiləyə qədər oyunu davam etdirsə də, ikinci hissənin startında Səlahət Ağayevlə əvəzlənib.

Qeyd edək ki, hazırda komandamız 2:0 hesabı ilə öndədir.