Millimizdən 1 gündə 9 medal - Foto+Yenilənib

millimizden-1-gunde-9-medal
Oxunma sayı: 2011

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirində ikinci qızıl medalını qazanıb.

“Qafqazinfo” Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli rəqibini üstələyib.

Ş. Hacıyevadan əvvəl kişilərin yarışında Vüqar Şirinli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Rumıniya təmsilçisi Florin Aleksandrunu 1:0 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

Qeyd edək ki, Qran-pri mayın 14-də başa çatacaq. 

**

Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə uduzaraq,  Namiq Abbaslı (66 kq) isə Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini üstələyərək, gümüş medal qazanıb

Bəsti Səfərova (52 kq) Səbinə Abdullayevaya (52 kq), Ramil Qasımov (73 kq) isə almaniyalı Nikolai Kornhassa (73 kq) qalib gələrək, bürünc medal qazanıb.

Sevda Vəliyeva (57 kq) və Afaq Sultanovanın (57 kq) mübarizəsi isə birincinin qalibiyyəti ilə nəticələnib.  Onlar müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.

**

Son olaraq 81 kq çəkidə dərəcəsindəki final görüşündə Hüseyn Rəhimli Özbəkistan təmsilçisi Davurxom Karomatovla üz-üzə gəlib. Rəqibinə uduzan Azərbaycan idmançısı gümüş medalla kifayətlənib.