Misirdəki seçkilərdə “Müsəlman Qardaşlar” liderlik edir

misirdeki-seckilerde-muselman-qardaslar-liderlik-edir
Oxunma sayı: 636

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Misirdə keçirilən prezident seçkilərində qeyri-rəsmi nəticələrə görə, ən çox səsi “Müsəlman Qardaşlar” hərəkatının namizədi Məhəmməd Mursi toplayıb. Misir mətbuatı Mursinin seçkilərdə 33% səs topladığını yazıb. Xəbərlərdə Mursini 23% səs toplayan Əbdülmünim Əbülfütuhun izlədiyi bildirilib. Sonrakı yerləri isə Əhməd Şəfiq, Həmdin Səbahi və Əmr Musanın tutduğu xəbərlərdə öz əksini tapıb.

Xarici KİV Misirin bəzi şəhərlərində son nəticələrin iki saat ərzində elan olunacağını, Məhəmməd Mursi və Ədülfütuhun ikinci mərhələdə mübarizə aparmağa haqq qazanacağı təqdirdə digər qrupların sonuncunu dəstəkləyəcəyini yazıb.

Seçkilərdə gözlənilməz nəticə kimi devrilmiş Hüsni Mübarək rejiminin sonuncu Baş naziri olan Əhməd Şəfiqin 3-cü pillədə qərarlaşması olub.