MMP-yə əməkdaşlıq təklif olunub

mmp-ye-emekdasliq-teklif-olunub
Oxunma sayı: 639

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda MMP-nin bir ildə gördüyü işlər, uğurları və məğlubiyyətləri müzakirə edilib. İdarə Heyəti Partiyanın müsbət və mənfi əldə edilən bütün nailiyyətlərinin yaranma səbəblərini və nailiyyətlərin daimiliyini məğlubiyyətlərin təkrarlanmamasını təmin etmək üçün 2012 –ci il üçün yeni Tədbirlər Planını təsdiqləyib. Həmin planda partiyanın bundan sonra yürüdəcəyi siyasət, ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyətə uyğun yeni strategiyanın detalları öz əksini tapıb. Partiya rəhbərliyinin verdiyi məlumata görə MMP növbəti Prezident seçkilərinə qədər partiya üçün yaranmış bütün maneələri dəf etməyi və seçkiyə bir az da güclənib getməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, Müasir Müsavat Partiyası bu toplantıda gələcəkdə əməkdaşlıq etmək üçün bir sıra ictimai və siyasi partiyalardan gələn təklifləri də müzakirə edib və qərara alınıb ki. Gələcək strateji planlarıma uyğun gələn bütün təkliflər müzakirə edilsin və dəyərləndirilsin. Partiyanın yürütdüyü siyasətə uyğun qərarlar qəbul edilsin. Bütün bunları həyata keçirmək üçün toplantıda xüsusi komissiya da yaradılıb.