Mobil telefonlarla bağlı jurnalist müsabiqəsi elan olundu

mobil-telefonlarla-bagli-jurnalist-musabiqesi-elan-olundu
Oxunma sayı: 634

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayi da nəzərə alınacaq.

Müsabiqədə iştirak üçün məqalələri 15 aprel tarixinədək [email protected] elektron poçtuna göndərmək lazımdır. Radio və televiziya reportajlarının CD və ya flaş-kartlarda təqdim olunması zəruridir.

Müsabiqə üzrə təklif olunan mövzular:

- IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;
- Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;
- Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri;
- Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz;
- Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir;
- IMEI kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri.

Qaliblər ekspertlərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək.
Dörd ən yaxşı müəllif Samsung Salaxy II, Nokia Lumia 800, Blackberry 9900 və HTC Rhyme smartfon modelləri ilə mükafatlandırılacaqlar.

Nigar Məmmədli