Morqa qoyulan körpə dirildi

morqa-qoyulan-korpe-dirildi
Oxunma sayı: 640


Argentinada qeyri-adi hadisə baş verib. Ölmüş hesab edilərək morqa qoyulan körpə anasının sayəsində yenidən həyata qayıdıb.

Belə ki, 6 aylıq doğulan qız uşağının öldüyünü düşünən həkimlər onu morqa yerləşdiriblər. Gənc ana Analia Bouter isə son dəfə qızına baxmaq istəyib. Əvvəlcə buna icazə verilməsə də, ana təkidlərdən sonra morqa girməyə nail olub. Bouter 12 saat morqda qalan körpəsinin inildədiyini eşidən kimi həkimlərə xəbər verib.

Təcili ölüxanadan çıxarılan körpə anasının sayəsində həyatda qala bilib. Rəsmilərin sözlərinə görə, morqda bu qədər uzun müddət keçirməsinə baxmayaraq, çağanın vəziyyəti sürətlə yaxşılaşır. (anspress)