Moskvada bomba həyəcanı

moskvada-bomba-heyecani
Oxunma sayı: 816

Rusiyanın paytaxtı Moskvada biznes mərkəzində bomba həyəcanı yaşanıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, polisə anonim məktubla “Fabrika Stanislavskovo” binasında mina olduğu bildirilib. Hüquq-mühafizə orqanları dərhal yoxlamalara başlayıb. Lakin binadan heç kəs təxliyyə edilməyib.

Qeyd edək ki, yanvar ayından etibarən Rusiyanın bir neçə şəhərində hüquq-mühafizə orqanları dəfələrlə  bu cür anonim zəng və məktublar alıb. Lakin heç biri təsdiqini tapmayıb.

Aysel Kərimova