Moskvada Müslüm Maqomayevin abidəsi açılacaq

moskvada-muslum-maqomayevin-abidesi-acilacaq
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Rusiya paytaxtı meriyasının mədəniyyət departamentinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, açılış mərasimi sentyabrın 15–də olacaq.
Məlumatda bildirilir ki, abidə bu il fevralın 3-də paytaxtın Yeliseyevsk və Voznesens küçələrinin kəsişdiyi yerdə qoyulmuş bünövrə daşının üzərində ucaldılıb. Abidənin müəllifləri heykəltəraş, Rusiyanın Xalq Rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın Əməkdar Memarı İqor Voskresenskidir.
Departamentin mətbuat xidmətinin məlumatına görə, abidənin təntənəli açılış mərasimində paytaxtın hakimiyyət orqanlarının, Moskva Dövlət Dumasının, yaradıcı ziyalıların, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər.