Mövqe dəyişməyib

movqe-deyismeyib
Oxunma sayı: 646

"Ermənistan-Türkiyə sərhədləri Azərbaycan torpaqları azad edilməyənə qədər açılmayacaq", - H.Kılıc jurnalistlərə bildirib. Səfir onu da əlavə edib ki, bu, rəsmi Ankaranın mövqeyidir.

Türk və erməni biznesmenlər bu gün əməkdaşlıq memorandumu imzalayıblar. Noyabrın 22-23-də Yerevanda Ermənistan-Türkiyə biznes forumu çərçivəsində imzalanan çərçivə sazişi iki ölkənin sahibkarlarının əlaqələrinin aktivləşdirilməsini, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində işgüzar strukturların lobbiçiliyini nəzərdə tutur.

Ermənistan tərəfindən bu tapşırığı Ermənistan Sənayeçilər və Sahibkarlar Şurası, Türkiyə tərəfindən isə Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurası (TABDC) həyata keçirəcək.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıblar. Bu protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onları ratifikasiya etməlidir. Türkiyə hökuməti bəyan edib ki, Ankara və Yerevan arasında münasibətlər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad etdikdən sonra bərpa ediləcək.