Mövqelərimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 634

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 30-da saat 22.30-dan 22.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 22.45-dən 22.55-dək, noyabrın 30-da saat 00.35-dən 00.45-dək və 05.05-dən 05.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
düşmən cavab atəşi ilə susdurulub.