Mövqelərimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 643

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 18-də saat 14.35-dən 14.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.