“Mövqeyimizi ortaya qoyacağıq”

movqeyimizi-ortaya-qoyacagiq
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, uzun müddətdir ki, bir çox ölkələr kimi Azərbaycanda da bu istiqamətdə çox ciddi işlər aparılıb. O, bunu Azərbaycan diplomatiyasının böyük uğuru hesab edir: “Bizim namizədliyimiz Şərqi Avropadan irəlis sürülüb. Burada həmişə güclü rəqabət olub. Bu, Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün yaxşı fürsətdir. Səsvermədə iştirak edən bir çox ölkələr də Aəzrbaycanın uğurlarını qyed edib”.

Fuad Muradov hesab edir ki, qeyri-daimi üzv seçilməklə Azərbaycan öz ərazi bütövlüyünü TŞ-ın gündəmində saxlaya biləcək. Millət vəkili onu da vurğulayıb ki, bunun müstəqilliyinin 20 illiyinin tamam olduğu ilə təsadüf etməsi isə dövlətçilik üçün güclü hədiyyə olub: “Dağlıq Qarabağa məsələsi Azərbaycan üçün prioritet məsələdir və bu platformadan istifadə edib diplomatlarımız öz işlərini görəcəklər”.

Millət vəkili bildirib ki, Azərbaycanın dünya ölkələri arasında mövqeyi var və bu, getdikcə güclənir: “Bu, ermənilər tərəfindən narazılıqla qarşılansa da biz bütün imkanlarımızdan və gücümüzdən istifadə edərəj haqlı mövqeyimizi ortaya qoyacağıq”.