MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və polkovnik Füzuli Əliyev barələrindəki hökmdən ilkin şikayət veriblər.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, onlar hökmlə razılaşmadıqlarını, verilən qərarın ədalətsiz olduğunu hesab ediblər.
Lakin vəkillərə hökmün surəti verilmədiyi üçün geniş apellyasiya şikayəti hələ ki hazırlanmayıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb.
Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər