MTN generallarına hökm oxundu - Adlar

mtn-generallarina-hokm-oxundu
Oxunma sayı: 10364

Hazırda MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunur. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrlik edir.

Məhkəmə kollegiyasının hökmü ilə general Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

***

General Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasına qərar verilib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiası təmin olunub. Zərərçəkmişlərin bir neçəsinin mülki iddiası təmin edilib. Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin zərərçəkmiş kimi tanındığı epizod sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılıb. Ə.Abıyevin işçisi MTN-də 686 min manat pulun alındığını bildirmişdi. Ə.Abıyev də bu səbəbdən nazirin qəbulunda olduğu barədə ifadə vermişdi. Həmçinin, başqa bir neçə epizod da ittihamdan çıxarılıb. MTN-çilərin əmlaklarının müsadirə edilməsinə qərar verilib. Eyni zamanda, istintaq zamanı üzərinə həbs qoyulan bəzi əmlakların həbsi götürülüb və həmin mülklər MTN-çilərə qaytarılıb.