Mübariz İbrahimovun doğum günü anıldı - Foto

mubariz-ibrahimovun-dogum-gunu-anildi
Oxunma sayı: 2024

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı Abşeron rayonu Məmmədli kəndində şagirdlər tərəfindən tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, orta məktəbin 3ç sinfinin şagirdləri Milli Qəhrəmana həsr olunmuş şeirləri səsləndirib, mahnıları ifa ediblər.

Tədbirdə valideynlər, məktəbim direktoru Könül Hüseynova, ibtidai siniflər üzrə direktor müavini Zəminə Xalıqova iştirak edib, onlar da M. İbrahimovun qəhramanlıqlarından danışıblar.