Mübariz Qurbanlı dövlət-din münasibətlərini müzakirə edib

mubariz-qurbanli-dovlet-din-munasibetlerini-muzakire-edib
Oxunma sayı: 756


Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı dinin müasir Azərbaycan cəmiyyətində rolu və qloballaşan dünyada müsəlman ölkələrinin tutduğu mövqe müzakirə olunub. Qeyd olunub ki, dövlət və din münasibətlərinin tənzimlənməsi dövlətin əsas vəzifələrindən biridir.

Səfir İrfan Siddiq ölkəmizlə bağlı fikirlərini bölüşərək qeyd edib ki, Azərbaycanın tolerantlıq modeli bütün dünya, xüsusən Şərq ölkələri üçün nümunə sayıla bilər. Azərbaycan o nadir ölkələrdəndir ki, burada məzhəb və dini ayrı-seçkiliyə yol verilmədən insanlar dini ibadətlərini tam rahatlıqla həyata keçirirlər.