“Muğanbank” daha bir uğura imza atdı

muganbank-daha-bir-ugura-imza-atdi
Oxunma sayı: 766

“Muğanbank” ASC, müştərilərə göstərdiyi xidmətin səviyyəsini artırmaq məqsədilə, daha bir layihəni uğurla icra edib. Bank, 12 mart 2018-ci il tarixindən “Mastercard” beynəlxalq ödəniş sisteminə tamhüquqlu üzv olub.

"Qafqazinfo" xəbər verir ki, “Muğanbank” ASC“ 2004-cü ildən “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir və “Maestro”, “MC Debit”, “MC Standard”, “MC Gold”, “MC Platinum” və “MC Business” kartlarını müştərilərinə təqdim edir.

Bundan əlavə, “Muğanbank” ASC tezliklə yeni “Mastercard-World Elite” kartını müştərilərinə təqdim edəcək.

Bankın  “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlığı Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların dəstəklənməsinə yönəlib.

“Muğanbank” ASC-nin “Mastercard” kartlarının sahibləri ölkə daxili və xaricdə limitsiz olaraq nağd və nağdsiz ödənişləri rahat şəkildə həyata keçirməklə yanaşı “Mastercard” sahibləri üçün nəzərdə tutulmuş xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl   facebook səhifəsinə keçid ala bilərsiniz.