Müğənni eynicinsli nigahdan imtina etdi

mugenni-eynicinsli-nigahdan-imtina-etdi
Oxunma sayı: 702

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Ho Şin Min şəhərində keçiriləcək konsertdə Lambert 5000 pərəstişkarının qarşısında çıxış edəcək.

Qeyd edək ki, 30 yaşlı müğənni konsertlərində qlamur səhnə şouları təşkil etməyi ilə tanınır. Onun səhnədə özünü müşayiət edən oğlanlarla öpüşməsi də qeyri-ənənəvi orientasiyaya malik olması barədə şayiələri doğruldub. Mətbuat nümayəndələri Adam Lambertin eynicinsli nikahlara münasibəti soruşulub.

"Hər kəs ailə qurmaq imkanına malik olmalıdır. Amma mən yaxın vaxtlarda özümü nikah bağları ilə bağlamağı düşünmürəm. Belə bir fikrim yoxdur", - deyə amerikalı müğənni bildirib.