Müğənnimiz Sarayda ikinci solo konsertini verəcək

mugennimiz-sarayda-ikinci-solo-konsertini-verecek
Oxunma sayı: 668

Heydər Əliyev Sarayının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Sarayın təşkilatçılığı ilə keçiriləcək konsert proqramında Cəlal Abbasov xalq, klassik, bəstəkar və estrada mahnıları ifa edəcək.

Müğənnini instrumental ansambl müşayiət edəcək.
Qeyd edek ki, Heydər Əliyev Sarayında artıq ikinci solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan C. Abbasov “Bakı Gecələri-2008” estrada və mahnı müsabiqəsinin, bir sıra yerli və xarici Beynəlxalq Festivalların iştirakçısı və qalibidir.

Konsert saat 20:00-da başlanacaq. Biletləri şəhərin kassalarından əldə etmək olar.

Nigar Məmmədli