Murad ayrıldığını təsdiqlədi

murad-ayrildigini-tesdiqledi
Oxunma sayı: 2350

Müğənni Murad Dalkılıç aktrisa sevgilisi Hande Erçeldən ayrıldığını təsdiqləyib.  “Qafqazinfo” xəbər verir ki, ötən gün İstanbulda görüntülənən sənətçi mətbuat nümayəndələrinin suallarına cavab verib. 

O, “Hande ilə ayrılmağınız doğrudur” sualına “Bəli, gördüyünüz kimi tənhayam” cavabını verib. 

Xatırladaq ki, Türkiyə mətbuatı Hande və Muradın iki səbəbə görə ayrıldığını iddia edib.  Deyilənə görə, Murad aktrisaya xəyanət edib və bunu eşidən Hande evdən gedib. 

İkinci şayiə odur ki, Murad anası xəstə olduğu dövrdə sevgilisi ilə maraqlanmayıb, ona mənəvi dəstək göstərməyib.