Murad Boz azərbaycanlı qızı seçdi

murad-boz-azerbaycanli-qizi-secdi
Oxunma sayı: 1730

Azərbaycanlı iştirakçı Naz Dej TV 8-də yayımlanan məşhur “O səs Türkiyə” mahnı müsabiqəsinin ikinci mərhələsində çıxış edib. “Qafqazinfo” xəbər verir ki, o, yarışmada “Yağmurlar” mahnısını  Kürşat Nayımla duet şəklində ifa edib. 

Münsif Murad Boz bildirib ki, komandasına üzv olan hər iki iştirakçının ifasını bəyənsə də, “O səs”ə Nazla davam etmək istədiyini bildirib. Bununla da, həmyerlimiz reytinqli müsabiqənin üçüncü mərhələsinə keçə bilib.