Müşahidəçilərin sayı 168-ə çatıb

musahidecilerin-sayi-168-e-catib
Oxunma sayı: 695

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb. Bu barədə “Qafqazinfo”ya  Mərkəzi Seçki Komissiyasından bildirilib.

Müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Qeyd edək ki, bütün müraciətlərə müsbət cavab verilib.

Günel Türksoy