Müsəlmanları təhqir edən aparıcı işdən çıxarıldı

muselmanlari-tehqir-eden-aparici-isden-cixarildi
Oxunma sayı: 637

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, kanalın idarə heyətinin rəhbəri Filip Delusin mətbuata verdiyi açıqlamada aparıcının bu hərəkətinin doğru olmadığını bildirib.

“Onun “Facebook”dakı yazıları qəbul edilməzdir. İctimaiyyət qarşısına çıxan hər kəs “RTL”i təmsil edir. Səhifəsinə yazdıqları ilə imicimizə də zərbə vurdu”.

İşdən çıxarılandan sonra Trullemans “Facebook”da paylaşdığı yazıları silərək müsəlmanlardan üzr istəyib.

Trulleman avtomobilində olarkən hücuma məruz qaldığını və tənqidi yazıları da əsəbi olduğu üçün yazdığını söyləyib: "Mən əslində irqçi biri deyiləm. Heç bir səbəb olmadan mənə hücum edənlərə qarşı bunu yazmışam".