“Müsəlmanların birliyi qələbə ilə bitəcək”

muselmanlarin-birliyi-qelebe-ile-bitecek
Oxunma sayı: 637

İslamazeri.az-ın “İsraHaber”ə istinadən verdiyi xəbərə görə, Livanın “Hizbullah” hərəkatının baş katib müavini Şeyx Naim Qasim deyib ki, Suriyada baş verən hadisələr məzhəb fərqliliyindən yaranmayıb: “Suriyada baş verənlər siyasi ixtilafdır. Suriyanı viran etmək istəyən ABŞ bu yolla müqavimət xəttini zəiflətmək istəyir.

İnsidentlərin hər hansı bir məzhəblə bağlılığı yoxdur. Terrorçular heç bir məzhəbin ardıcılı deyil. Dünyada və xüsusilə də, Suriyada müsəlmanların birliyi qələbə ilə bitəcək”.