Müsəlmanların həyatı təhlükədədir

muselmanlarin-heyati-tehlukededir
Oxunma sayı: 637

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, qasırğanın hərəkət gücü və istiqamətini müəyyən etmək hələlik ki, çətindir. Lakin, ekspertlər bildirirlər ki, qasırğa 24 saat ərzində Myanmanın Çittaqonq şəhərinə dağıdıcı zərbə endirə bilər.

Qasırğa ilə əlaqədar ən böyük təhlükəni çadırlarda məskunlaşmış müsəlmanlar hiss edirlər. Məhz qasırğanın yaxınlaşması ilə əlaqədar ötən gün 200-ə qədər müsəlman ölkəni tərk etmək istəyərkən gəmiləri qəzaya uğrayıb və Myanma sahillərinə yaxın ərazidə batıb.

Xatırladaq ki, beş il öncə Narqis qasırğası səbəbində Cənub-Şərqi Asiyada 100 mindən çox insan həyatını itirmişdi.