Mustafa Babanlı Çində bəyannamə imzaladı

mustafa-babanli-cinde-beyanname-imzaladi
Oxunma sayı: 2178

Sentyabrın 22-də Pekin Çin Neft Universitetində dünyanın 16 ölkəsindən olan 28 neft universitetinin rəhbərlərinin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) rektoru, professor Mustafa Babanlının iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası təsis olunub. Təsis qurultayında universitet rektorları Bəyannamə imzalayıb, eyni zamanda Assosiasiyanın nizamnaməsini qəbul ediblər. Assosiasiyanın əsas vəzifələrindən biri enerji sektorunda qlobal təhsil məkanının yaradılmasıdır.

“Qafqazinfo” xəbər verir ki, təsis qurultayında ADNSU-nun rektoru, professor M.Babanlı “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.