Müxalifət müzakirələrə başlayıb

muxalifet-muzakirelere-baslayib
Oxunma sayı: 642

Bunu APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib. Y. Bağırzadə bildirib ki, müxalifətin inteqrasiyasına nail olmaq məqsədilə təmsil etdiyi partiyanın təşəbbüsü ilə Müsavat, Xalq Cəbhəsi, Demokrat, Klassik Xalq Cəbhəsi və Milli İstiqlal partiyaları formatında dialoq istiqamətli görüşlərə start verilib: “Bu görüş davamlı keçiriləcək. Növbəti görüşün vaxtı hələ müəyyənləşməsə də, qərarın davamlı icra olunacağını inanıram. Dialoqa digər partiyaların da dəvət olunması niyyəti var. Lakin hələlik müzakirələr bu formatda aparılacaq. Bu dialoqa həm müxalifətin, həm beynəlxalq ictimaiyyətin, həm də Azərbaycan cəmiyyətinin böyük ehtiyacı var”.

Y. Bağırzadə müxalifətin mitinq taktikası ilə bağlı məsələyə də münasibətini bildirib: “Hesab edirəm ki, razılaşdırılmamış mitinqlərə getmək olmaz. Çünki cəmiyyətdə buna sosial sifariş yoxdur”.