Nadir teleaparıcıları təhqir etdi

nadir-teleaparicilari-tehqir-etdi
Oxunma sayı: 1650


“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, müğənni "İnstagram" səhifəsində televiziya aparıcıları barəsində təhqiramiz ifadələr işlədib. “Bir çox aparıcılara mesajım var. Gedin işinizlə məşğul olun. Verilişlərinizdə mənim adımı hallandırmaqla özünüzə reytinq yığmayın. Mən kefdə-damaqda, istirahətdəyəm. Siz haradasınız? Əgər verilişiniz uğursuz alınırsa, mənim günahım yoxdur. Mənim yerim daim yüksəkdədir. Sizinsə yeriniz görünmür. Aranızda elələri var ki, neçə illərdir səhnədədir, amma tamaşaçı hələ onu tanımır. Çünki duzsuzdur! Şitquludur! Sizin kimiləri qapımda it yerinə bağlamaram. Çünki mənim itim hörmətlidir.” - deyə o sosial şəbəkədə TV aparıcılarını təhqir edib.