Nar Mobile-dan cəmi 4 qəpiyə taksi xidməti

nar-mobile-dan-cemi-4-qepiye-taksi-xidmeti
Oxunma sayı: 652

Azərbaycanın ilk 3G operatoru olan Nar Mobile abunəçiləri üçün möhtəşəm aksiya keçirir. Belə ki, şirkət 7 -16 may tarixləri ərasında abunəçilərinə, üzərində Nar Mobile yazısı və loqosu olan taksilərə cəmi 4 qəpik ödəməklə bir istiqamətdə taksi xidmətindən istifadə etməyə imkan yaradır. Bu xidmətdən paytaxt sakinləri, həmçinin “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə buyuran turistlərdə yararlana biləcəklər.

“Hər zaman öz yenilikləri ilə fərqlənən Nar Mobile, bu gün yenidən öz abunəçilərini sevindirir. Bu cür ucuz qiymətə taksi xidməti ilk dəfədir ki ölkəmizdə təqdim olunur. Abunəçilərimiz, üzərində Nar Mobile loqosu olan taksilərə əyləşərək bir istiqamətdə cəmi 4 qəpik ödəyəcəklər. Ümid edirəm ki, bu yeniliyimiz hamının ürəyincə olacaq. Göründüyü kimi, Nar Mobile artıq sərfəli paket qiymətlərini digər xidmət növlərinə müddətli olaraq şamil etməklə öz abunəçilərinin qayğısına qalır” – deyə Azerfon şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru Leyla Nəsrullayeva bildirmişdir.

Qeyd edək ki, 05 May 2012-ci il tarixdə saat 17.00-da Azərbaycan kinoteatrının qarşısında təqdimat mərasimi baş tutacaq. Mərasimdə Nar Mobile tərəfindən yarışmalar keçiriləcək və hədiyyələr paylanacaq. Bundan əlavə, DJ-lər və məşhur şoumenlərin iştirakı keçirilən tədbirdə maraqlı sürprizlər təşkil olunacaq.

Nar Mobile brendi ilə ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .