Narkotik satıcıları həbs olundu

narkotik-saticilari-hebs-olundu
Oxunma sayı: 648

Yasamal RPİ CAŞ və 29-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Araz Mustafayevdən 470 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Binəqədi RPİ tərəfindən AR CM-nin 177-ci maddəsi ilə axtarışda olan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Cəlalov Nəsimi RPİ PPXB və 22-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 31-də yaxalanıb. Onun üzərindən 7 qramdan artıq narkotik vasitə olan həşiş aşkar edilib.

Mayın 23-də Dairəvi küçədə yaşayan Rüxsarə Hacıyevanın mənzilindən mobil telefon və qızıl boyunbağı oğurlanıb. Binəqədi RPİ CAŞ və 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən tanışı Bərdə rayon sakini Sevinc Quliyeva yanvarın 31-də tutulub.