Natavanla Dado həmin gecə bir arada olacaq

natavanla-dado-hemin-gece-bir-arada-olacaq
Oxunma sayı: 5340

Boşanacaği ilə bağlı bir müddət əvvəl açıqlama yayan Natavan Həbibi Yeni il şousunda Dadoyla eyni səhnədə çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, məşhur turizm mərkəzlərindən birində baş tutan gecəyə boşanmaya hazırlaşan cütlük də dəvət alıb.

Proqramın afişasında hər iki tanınmış ifaçının çıxış edəcəyi qeyd olunub. 

Bu məqamda bildirək ki, Natavanın bir həftə əvvəl sözügedən şou ilə bağlı etdiyi paylaşımda Dadonun adı qeyd olunmamışdı.  O,sonradan iştirak edəcək məşhurların siyahısına daxil edilib.