Naxçıvanda 12 müəllimə fəxri ad verildi

naxcivanda-12-muellime-fexri-ad-verildi
Oxunma sayı: 2035

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbov sentyabrın 14-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Babayeva Şərafət Akif qızına, Cəfərova Tərifə Abdulla qızına, Əhmədova Zəhra Yusif qızına, Əliyeva Mənsumə Hacı qızına, Əliyeva Samirə Vaqif qızına, Hacıyeva Hicran Firudin qızına, Həsənova Turan Vaqif qızına, İsgəndərova Xanım İboş qızına, Mehdiyeva Məhəbbəd Sultan qızına, Məmmədov Mayis Əli oğluna, Məmmədova Südabə Nəriman qızına, Novruzova Kəmalə Məsmalı qızına “Əməkdar müəllim” fəxri adı verilib.