Nazir Bərdədə vətəndaşları qəbul etdi

nazir-berdede-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1159

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bərdə rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının binasında Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.