Nazir səfirlə görüşdü

nazir-sefirle-gorusdu
Oxunma sayı: 648

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, E.Məmmədyarov 2012-ci ildə ATƏT-dəki Sədrliyinin başlanması münasibəti ilə İrlandiyanı Azərbaycanın adından təbrik edib.

Səfir ölkəmizi BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib, Azərbaycanda qısa zaman ərzində dinamik inkişafın müşahidə edildiyini bildirib. İrlandiyalı rəsmi ATƏT-dəki sədrliyi müddətində öz ölkəsinin fəaliyyətini konstruktiv şəkildə həyata keçirəcəyinə əminliyini bildirib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların rolunun əhəmiyyətinin yüksək olduğunu qeyd edib, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.