Nazirlər xalq artisti ilə vida mərasimində

nazirler-xalq-artisti-ile-vida-merasiminde
Oxunma sayı: 4314

Xalq artisti, diktor Rafiq Hüseynovla vida mərasimi başlayıb. “Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak edir.
 
Qeyd edək ki, xalq artisti Yasamal qəbiristanlığında dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək. Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.