Nazirlik tövsiyə etdi

nazirlik-tovsiye-etdi-
Oxunma sayı: 641

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi satışda olan saxta mobil telefon cihazları almamağı istehlakçılara tövsiyə edib. “Qafqazinfo”nun məlumatına görə, respublika ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülüb.
Qeyd edək ki, 1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayır və həmin tarixdən sonra bütün saxta IMEI nömrəli yeni mobil telefon cihazlarının respublikamızın mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.
Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra, hər hansı istehlakçı saxta IMEI nömrəli yeni mobil telefon cihazı alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi qeyri-mümkün olacaq.
Ona görə də istehlakçllar yeni mobil telefon cihazları alan zaman bu kimi məsələlərə xüsusi diqqətlə yanaşmalıdırlar.
İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlaya və ya “1677” xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.

Nigar Məmmədli