Nazirlikdə görüş keçirildi

nazirlikde-gorus-kecirildi
Oxunma sayı: 729

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində Amec Foster Wheeler şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə neftlə və digər maddələrlə çirklənmiş ərazilər haqqında müzakirələr aparılıb.

Tədbirdə İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, İtaliya şirkətinin ətraf mühit üzrə mütəxəssisləri və ETSN-nin nümayəndələri iştirak edib.